Yanğından xilas olmuş xanım: "Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər" - VİDEO

Yanğından xilas olmuş xanım: "Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər" - VİDEO
16:17 6 Dekabr 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xilas olanlardan biri xanımdır.

Milli.Az Trend-ə istinadən hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Məlahət Əliyevanın hadisə ilə bağlı xatırladıqlarının təqdim edir:

"İşimi bitirib dincəlmək üçün otağa getmişdim. Birdən güclü partlayış səsi gəldi. Dəqiqləşdirmək üçün çölə cıxdım. Platformada təhlükəsizlik güclü təşkil olunmuşdu. Dərhal xilasedici jileti geydim, birinci bloka getdim. Qapını açmağa çalışdım. Elə bu vaxt birinci bloku tüstü bürüdü. Daha sonra qapını yoldaşlarla köməkli açdıq.

Hamımız platformadakı qayığa tərəf getdik. 26 nəfər qayığa mindik. Qayıqda 17-18 saatdan artıq qaldıq. Qayıqda olarkən heç kimlə əlaqə saxlaya bilmirdik, telefon şəbəkəsi tutmurdu. Səhər saatlarında Fövqəladə Halların əməkdaşları bizi xilas etdi. Amma dənizdə güclü külək olduğu üçün, həm də dalğalar hündür olduğundan xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər. Vəziyyət hökumətin nəzarətində idi. Bunun üçün, bizi xilas etdikləri üçün Prezidentə, hamıya minnətdaram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR