Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)

Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
16:21 6 Dekabr 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin axtarışlarını əks ilk videogörüntülər təqdim olunub.

ANS PRESS həmin videonu oxucularına təqdim edir.



Fövqəladə İşlər nazirinin müavini Etibar Mirzəyevin məlumatına görə, hazırda Xəzər dənizində itkin düşmüş 29 nəfərin axtarış-xilas etmə əməliyyatlarına FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 4 helikopteri və 1 təyyarə cəlb olunub.

Hazırda hadisə yerində müşahidələr aparılır. Türkmənistan və İran İslam Respublikası axtarışlarla bağlı məlumatlandırılıb.
Bu gün günorta saatlarında “Azərneft İstehsalat ” təşkil edilən mətbuat konfransında verilən rəsmi məlumata görə, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın başladığı zaman 63 nəfər olub.

Mətbuat konfransında İran və Türkmənistandan savayı itkin düşmüş insanların axtarışında köməklik üçün Qazaxıstan, Rusiya və İran tərəfinə müraciət olunduğu bildirilib.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR