“Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğunda SİYAHI

“Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğunda SİYAHI
19:27 6 Dekabr 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş yanğın dünyanın ən böyük neft fəlakətlərinin ilk onluğuna düşə bilər.

SOCAR-dan alınmış son məlumatda 29 neftçinin itkin düşdüyü bildirlir. 32 nəfərin xilas esildiyi bildirilir. 1 neftçinin ölümü rəsmən təsdiq edilib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, belə fəlakətlərin acı təcrübəsi deməyə imkan verir ki, dekabrın 4-dən bəri itkin düşənlərin xilas edilə biləcəyinə ümid olduqca azdır.

Bu, itkinin hələlik bəlli sayını 31-ə çatdıra bilər. Kədərli statistika "Günəşli" qəzasını dünyanın ən fəlakətli qəzaların onluğuna çıxarır.

Bu qəzadan əvvəl fəlakət siyahısı aşağıdakı kimi idi:

1988-ci il, 6 iyul. Occidental şirkətinin Piper Alpha platforması partlayış və yanğın nəticəsində sıradan çıxıb. 167 işçi həlak olub. Platforma Şimal dənizində, Şotlandiya sahilindən 120 kilometr aralıda idi. Qəzanın mühəndis səhvi üzündən baş verdiyi nəticəsinə gəlinib. Bu qəzadan 62 nəfər, əsas etibarilə platformadan dənizə tullanmaqla sağ çıxıb.

1980-ci il, 27 mart. Norveç sahillərində Alexander L. Kielland üzən platformasının tufanlı havada aşması nəticəsində 123 nəfər həlak olub. Alexander L. Kielland iki işlək platformanın arasında üzən mehmanaxana tipli platforma idi. "Phillips Petroleum" şirkətinin Ekofisk yatağında işləyən bu üzən oteldən 89 nəfər sağ çıxıb. Hadisə zamanı xilasedici 7 qayıqdan yalnız ikisini işə salmaq mümkün olub. Qəzanın təxribat da daxil bir neçə səbəbi göstərilib.

1989-cu il, 3 noyabr. "Unocal" neft şirkətinin "The Seacrest" qazma gəmisi Cənubi Çin dənizində "Gay qasırğası" zamanı batıb. Gəmi heyətininin 91 üzvü həlak olub. Yalnız 6 nəfər Taylanda məxsus gəmi tərəfindən xilas edilib.Təhqiqat "qasırğa gözü"nün düz gəminin üstündən keçdiyini göstərib.

1982-ci il, 15 fevral. "Ocean Ranger" üzən platforması Hibernia yatağı üzərində güclü tufan nəticəsində batıb. Bu platforma 1976-cı ildə Yaponiyanın Mitsubishu şirkəti tərəfindən ODECO neft şirkətinin sifarişi ilə tikilmişdi. 1980-ci illərdə dünyanın ən böyük üzən platformalarından biri sayılırdı. Platforma ən sərt qasırğalara dayanmalı idi. Fevralın 14-də sahildən 200 kilometr aralı olan Hibernia yatağındakı bütün platformalara qasırğa proqnozu verilmişdi. Buna baxmayaraq dalğaların zərbəsi ilə "The Ocean Ranger" platformasının "xilasetmə salı" dənizə düşmüşdü.

Yaxınlıqdakı gəmi və platformaların bütün cəhdlərinə baxmayaraq "The Ocean Ranger" platformasındakı 84 nəfərlik heyət batıb. Onlardan yalnız 22-nin cəsədləri tapılıb.

1983-cü il, 25 oktyabr. ARCO neft şirkətinin "Glomar Java" dəniz qazma gəmisi Cənubi Çin dənizində, "Lex" qasırğası zamanı batıb. 81 nəfərdən ibarət bütün heyət həlak olub.

Axtarışlar nəticəsində 36 cəsəd tapılıb, onlardan yalnız 31-ni sahilə çıxarmaq mümkün olub. Qalan 45 nəfər itkin düşdüyünə görə "ölmüş" elan edilib.

1979-cu il, 25 noyabr. Çin Neft Nazirliyinin Bohai 2 "jack-up" özünüqaldıran tipli gəmi-platforması Çin dənizinin Bohai körfəzində batıb. Güclü qasırğa şəraitində baş vermiş qəzada heyətin 74 üzvündən yalnız 2 nəfər sağ qalıb.

1986-cı il, 6 noyabr. Şimal dənizində "Shell" şirkətinin Brent yatağından Şetland adasına uçan
Boeing BV234 (Chinook) helikopteri qəzaya uğrayaraq suya düşüb. Britaniyaya məxsus helikopterdəki 47 nəfərdən 45-i həlak olub. Qəzaya səbəb helikopterin iki mühərrikindəki nasazlıq olub.

1984-cü il, 16 avqust. Braziliyanın Petrobras şirkətinin "Enchova Central Platform" üzən platforması Rio de Janeyro sahillərində qəzaya uğrayıb. Burada quyunun qəfil püskürməsi nəticəsində əvvəlcə partlayış, sonra isə yanğın baş verib. İşçilərin əksəriyyəti evakuasiya edilib, lakin xilasetmə qayığı suya endirilərkən platformadan asılı qalıb. Sonra 20 metrlik hündürlükdən dənizə çırpılan qayıqda 42 nəfər həlak olub.

1964-cü il, 30 iyun. "C. P. Baker" qazma barkası Meksika körfəzinin Yucin adası yaxınlığında batıb. Barkas 1962-ci ildə 1945-ci il istehsallı iki hərbi gəminin konstruksiyası üzərində tikilmişdi.

Qazma zamanı quyuda baş verən sızma 5 dəqiqədən sonra partlayışa səbəb olub. Partlayışdan sonra başlanan güclü yanğın bütün gəmini bürüyüb. Gəmi 30 dəqiqə ərzində batıb. 43 nəfərlik heyətdən 22 nəfəri həlak olub. Yalnız 8 meyit tapılıb.

2005-ci il, 27 iyul. "Oil and Natural Gas Corporation" şirkətinə aid Bombay High North platformasında baş vermiş partlayış və yanğın dünyanın ən cəfəng qəzalarından biri sayılır.

Hind okeanının Ərəb dənizi sahəsində işləyən platforma 7 mərtəbəli idi və səkkiz qaz ixracı borusu vardı. İyulun 27-də Platformanın yanında iki köməkçi gəmi lövbərlənmişdi. "Samudra Suraksha" gəmisinin aşpazı xörək hazırlayarkən ehtiyatsızlıqdan iki barmağının uclarını kəsmişdi və Musson mövsümü olduğundan helikopterlər uçmurdu. Buna görə də, aşpazı əməliyyat üçün platformaya qaldırmaq qərara alınmışdı. Lakin bu zaman köməkçi gəmi platforma ilə toqquşmuş, partlayış və yanğın baş vermişdi.

Platformanın və gəminin 384 işçisindən 362-si evakuasiya edilmiş, lakin 22 nəfər həlak olmuşdu. Onlardan yalnız 11-nin cəsədləri tapılıb.

2007-ci il, 23 oktyabr, Meksika körfəzi."Perforadora Central Usumacinta" özünüqaldıran platformasının ona bağlı köməkçi platforma ilə toqquşması nəticəsində partlayış və yanğın baş verib. 1982-ci ildə tikilmiş platforma qaz və neft çıxarırdı.

"Usumacinta" platformasını işlədən PEMEX şirkətinin məlumatına görə, 86 nəfərlik heyətdən 58-i evakuasiya olunub. 22 nəfər həlak olub, meyitlərdən biri tapılmayıb.

Beləliklə, "Günəşli" yanğını barədə ən son məlumat nəzərə alınmaqla bu qəza 10 ən pis fəlakətin arasında 7-ci pilləni tutacaq.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İslamda qadının DƏYƏRİ

21 Avqust 2017 03:03

"Instagram"-da vacib yenilik - Bu gündən etibarən...

21 Avqust 2017 02:33

Düyü ilə orqanizmin təmizlənməsi - Xəstəliklərdən uzaq olacaqsınız

21 Avqust 2017 02:03

Türkiyədə yük maşını aşdı - 3 ölü, 7 yaralı

21 Avqust 2017 01:59

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17