Xalik Məmmədov: Xilasetmə qayığının bir hissəsi tapılıb

Xalik Məmmədov: Xilasetmə qayığının bir hissəsi tapılıb
20:48 6 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündəki xilasetmə qayığının bir hissəsi və xilasetmə gödəkçələri tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsi ilə bağlı dekabrın 6-da saat 20-də keçirilən mətbuat konfransında məlumat verib.
Xalik Məmmədov deyib: “Dənizdə gəmidə olan qərargahla danışdım. Hazırda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev və digər rəsmi şəxslər hadisə yerindədirlər. Gəmilər və helikopterlər xilasetmə işləri ilə məşğuldur. Axtarışlar zamanı xilasetmə qayığının bir hissəsi və xilasetmə gödəkçələri tapılıb. Əfsuslar olsun ki, itkin düşənlərdən tapılan olmayıb. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Əməkdaşlarımız özülün üstünə qalxıblar. Bərkitmə işləri aparılır. Hava qaraldığı üçün helikopterlər axtarış apara bilmir. Amma gəmilər axtarışları davam etdirir”.
Xalik Məmmədov bildirib ki, bu gün SOCAR-ın rəhbərliyi xəstələrə baş çəkib: “Səkkiz nəfər xəstəxanadadır, 22 nəfər evə buraxılıb. Bir nəfər isə bu gün xəstəxanaya yerləşdirilib. Həkimlər xəstələrin vəziyyətlərinin stabil olduğunu bildiriblər”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalik_Memmedov_Xilasetme_qayiginin_bir_hissesi_tapilib-908786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR