Paralimpiyaçılarımız medallarının sayını artırdılar

Paralimpiyaçılarımız medallarının sayını artırdılar
21:33 6 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Lisenziya xarakterli açıq qış Polşa çempionatının son günündə azərbaycanlı paralimpiyaçılar daha iki medal qazanıblar.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 200 metrə kompleks üzmə üsulu üzrə Dmitriy Saley qızıl, Roman Saley isə gümüş medala sahib olublar.
Xatırladaq ki, bundan əvvəl sərbəst, brass, bel üstündə üzgü, baterflay üsulları üzrə yarışlarda Dmitriy Saley 1 qızıl, 3 gümüş, 1 bürünc, Roman Saley isə 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paralimpiyachilarimiz_medallarinin_sayini_artirdilar-908787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR