Bakı, 6 dekabr, AZƏRTAC
Axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah sabahdan “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülünə köçürüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 6-da saat 23-də keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
O bildirib ki, qaranlıq düşdüyündən axtarış-xilasetmə işləri gəmilər vasitəsilə davam etdirilir.