İtkin düşənlərdən 3-ü bu rayondandır

İtkin düşənlərdən 3-ü bu rayondandır
23:52 6 Dekabr 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

İlkin məlumata görə, Xəzər dənizində baş verən faciələrdə itkin düşən neftçilərdən 3-ü Xaçmaz rayonundandır.

Milli.Az anspress-ə istinadən bildirir ki, onlardan biri dekabrın 4-də "Neft daşları"nda baş verən qəzada itkin düşən 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyevdir. O, rayonun Əbilyataq kəndindəndir.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşən 29 neftçidən də 2-si Xaçmaz rayonundandır.

1968-ci il təvəllüdlü Ağa Mahmudov rayonun köhnə Xudat kəndindən, digər isə 1983-cü ildən Edik Rzaxanov Xaçmazın Xudat şəhərindədir.

Dekabrın 4-ü axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR