Ermənistan xalqı "hə" dedi: aləm qarışdı

Ermənistan xalqı "hə" dedi: aləm qarışdı
09:52 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Mərkəzi Seçki Komissiyası konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, referendumda ölkə əhalisinin 50,5%-i iştirak edib, onlardan da 75%-ə yaxını islahatlara hə deyib.

Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb. Əvvəlcə paytaxtın Azadlıq meydanında mitinq keçirilib. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub. Mitinqdə çıxış edən "İrs" Partiyasının lideri Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.

Mitinqin ardınca isə xeyli sayda etirazçı Mərkəzi Seçki Komissiyasının binası önünə yürüşə başlayıb. Lakin polis MSK-nın binası istiqamətində yolu bağlayıb. Aksiya iştirakçıları arasında saxlanılanların olduğu barədə məlumatlar var.

Əgər hakimiyyətin təklif etdiyi dəyişikliklər qəbul edilərsə, ölkə prezidentinin rəhbərlik dövrü əvvəlki kimi 5 il deyil, 7 il olacaq. Bundan başqa prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR