Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qazaxıstan "Günəşli" hadisəsindən sonra Xəzərdə nəzarəti gücləndirdi

Date: 7 December 2015 11:27

Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş verən yanğından sonra Qazaxıstan gəmiləri zərərçəkənlərin tapılması üçün gücləndirilmiş müşahidə həyata keçirir.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Regionda çətin meteovəziyyət hələ də davam edir. Buna baxmayaraq, Sahil Mühafizə Xidmətinin rəisi tərəfindən olduqları ərazilərdə vəziyyətə gücləndirilmiş nəzarət və müşahidə həyata keçirməklə bağlı kater və gəmilərə tapşırıq verilib. Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək və lazımi yardım göstəriləcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.Qazaxıstan "Günəşli" neft platformasında baş verən yanğından sonra Xəzərdə nəzarəti gücləndirib

Azərbaycanın Xəzər dənizindəki neft platformasında baş verən yanğından sonra Qazaxıstan gəmiləri zərərçəkənlərin tapılması üçün gücləndirilmiş müşahidə həyata keçirir.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

"Regionda çətin meteovəziyyət hələ də davam edir. Buna baxmayaraq, Sahil Mühafizə Xidmətinin rəisi tərəfindən olduqları ərazilərdə vəziyyətə gücləndirilmiş nəzarət və müşahidə həyata keçirməklə bağlı kater və gəmilərə tapşırıq verilib. Hər hansı obyekt və ya xəsarət almış şəxs aşkar olunduğu halda məlumat veriləcək və lazımi yardım göstəriləcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

Milli.Az

Tags:  Qazaxıstan Günəşli hadisəsindən sonra Xəzərdə nəzarəti gücləndirdi

RƏYLƏR

Top news