Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün yeni proqram

Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün yeni proqram

Date: 7 December 2015 11:33


Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Tələbələr Birliyi (ATB) yeni proqramın icrasına başlayıb.
ATB-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın əsas fəaliyyət istiqamətləri gənclər arasında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, sahibkarlıqla məşğul olmaq istəyən gəncləri hədəfləyən dəstək proqramları həyata keçirmək, bu sahədə müxtəlif maarifləndirici tədbirləri və görüşləri təşkil etməkdən ibarətdir. ATB universitetlərdə gəncləri sahibkarlıq fəaliyyətinə stimullaşdıracaq və bu fəaliyyəti dəstəkləyəcək biznes inkubatorların yaradılmasını vacib hesab edir. ATB proqramın icrası məqsədilə müxtəlif şirkətlərlə əməkdaşlığa önəm verir. Qurum proqram çərçivəsində ilk əməkdaşlıq memorandumunu "AlGetsin.com" elektron ticarət platforması ilə bağlayıb. Əməkdaşlıq memorandumu gənclər arasında onlayn ticarətin stimullaşdırılması, bu sahədə imkanlar və perspektivlərin gənclərə çatdırılması, onların onlayn sahibkarlıq fəaliyyətinə kömək edilməsini özündə ehtiva edir.
"Biz "AlGetsin.com" kimi yeni fəaliyyətə başlayan şirkətlərlə əməkdaşlıqda maraqlıyıq. "AlGetsin.com" şirkəti ilə müxtəlif tədbirlərin təşkilini nəzərdə tuturuq ki, o tədbirlərdə də sahibkarlığın sirləri, müasir dünyada öz biznesini necə qurmaq olar kimi məsələlərə toxunulacaq, bu sahədə müxtəlif ekspertlərin gənclərlə görüşü təşkil ediləcək", - deyə ATB-in sədri Elvin Aslanov qeyd edib.
"AlGetsin.com" elektron ticarət platformasının icraçı direktoru Elnur Əhmədov ATB ilə əməkdaşlığın önəmli olduğunu diqqətə çatdırıb.
Azərbaycan Tələbələr Birliyi proqram çərçivəsində daha bir neçə şirkətlə əməkdaşlıq memorandumunun imzalanacağını nəzərdə tutur.

Tags:  Sahibkarlıqla məşğul olmaq istəyən gənclər yeni proqram


RƏYLƏR


Top news