Rusiya hərbi gəmiləri Xəzərdə hazır vəziyyətə gətirildi

Rusiya hərbi gəmiləri Xəzərdə hazır vəziyyətə gətirildi
12:31 7 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xəzər donanmasına məxsus qəmiləri hərbi hazırlıq tədbirləri çərçivəsində təlimlərə başlayıb.

ANS PRESS-in Cənub hərbi dairəsinə istinadla vediyi məlumata görə, təlimlərə 50-dən çox qəmi cəlb edilib.

“Birinci kurs məsələləri elementlərinin icrasına 50-dən çox qəmi, o cümlədən raket qəmiləri “Tatarıstan” və “Dağıstan”, kiçik raket və artilleriya qəmiləri “Qrad Sviyajsk”, “Uqliç”, “Velikiy Ustyuq”, “Volqodonsk”, “Maxaçkala”, “Astraxan” istirak edir”, - deyə hərbi darədən bildiriblər.

Dənizçilər qəmilərin döyüşə hazırlıq, həyat uğrunda mübarizənin aparılması və hava hücumundan müdafiə üzrə təlimlərdə iştirak edirlər.

Son günlər Xəzər dənizində hərbi aktivlik artıb. Rusiya hərbi hava qüvvələrinə qırıcıları İŞİD-in Suriyadaki mövqelərini bombalamaq üçün Xəzər üzərindən uçurlar.

Noyabrın 20-də Rusiyanın Xəzər donanmasının "Dağıstan", "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" qəmilərindən Suriyadakı İŞİDmövqelərinə 18 qanadlı raketlər atılıb. Kalibr-NK kompleksli raketlər Rəqqa, İdlib və Hələbdəki 7 hədəfə çatıb. Bu haqda ölkə prezidenti Vladimir Putinə də məruzə edilib.


Rusiya Hərbi Dəniz Qüvvələrinin hədəflərinin yerləşdiyi ərazi



Rusiyanın Xəzər donanmasından atılan raketlər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR