Qazaxıstan Xəzərdə itkin düşənlərin axtarışına başladı

Qazaxıstan Xəzərdə itkin düşənlərin axtarışına başladı
12:46 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Xəzərdə Azərbaycana məxsus "Günəşli" neft platformasında baş verən yanğından sonra Qazaxıstan Respublikası dənizdə gücləndirilmiş müşahidələr aparmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Qazaxıstanın Sərhəd Xidməti məlumat yayıb. Xidmətin məlumatına görə, baş vermiş faciədə itkin düşən neftçiləri tapmaq üçün Qazaxıstan gəmiləri gücləndirilmiş iş rejimində işləyirlər.

"Bu gün regionda hava vəziyyəti mürəkkəbdir. Lakin buna baxmayaraq, sahil mühafizəsi müdiri zonada olan kater və gəmilərə əmr verib ki, vəziyyəti nəzarət altında saxlasınlar və lazım olan köməyi göstərsinlər", - deyə sərhəd xidmətindən bildirilib.

Ötən gün Azərbaycan "Günəşli" neft yatağında baş vermiş yanğından sonra itkin düşənlərin tapılması üçün Xəzəryanı ölkələrə müraciət edib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

O, vurğulayıb ki, itkin düşənlərin cəsədlərinin Rusiya, Qazaxıstan, Türkmənistan və İran sahillərində üzə çıxması ehtimalı olduğundan Dövlət Dəniz Administrasiyası vasitəsilə bu ölkələrə müraciət edilib.



Xəzəryanı ölkələr


Dekabrın 4-də Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.


Xəzərdə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın


Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir. 29 nəfərin axtarışları davam etdirilir.

Baş vermiş faciə ilə bağlı Azərbaycanda 6 dekabr 2015-ci il dövlət başçısının sərəncamı ilə matəm elan edilib.


Həmçinin oxuyun:


Dalğıclar 10-cu platformanın altında
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR