Topaz Premyer Liqasında XV tura iki oyunla yekun vurulacaq

Topaz Premyer Liqasında XV tura iki oyunla yekun vurulacaq
12:58 7 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də futbol üzrə Topaz Premyer Liqasının XV turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son iki qarşılaşma Bakı və Sumqayıtda keçiriləcək.
Günün ilk matçında “Sumqayıt” Gəncənin “Kəpəz” klubunu qəbul edəcək. Baş məşqçi Samir Abasovun yetirmələri 3 xal qazanacağı təqdirdə turnir cədvəlinin son üçlüyündən aralaşacaq. “Kəpəz” isə qələbə sayəsində xalları bərabər olan “Neftçi”ni qabaqlaya bilər.
Turun son görüşü isə autsayderlərin “duel”i ilə əlamətdar olacaq. “Rəvan” “Bayıl Arena”da AZAL-ı qəbul edəcək.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Qəbələ” səfərdə "Xəzər-Lənkəran”ı, “Qarabağ” isə evdə “İnter”i 1:0 hesabı ilə məğlub edib. “Neftçi”-“Zirə” görüşündə isə 1:1 hesablı bərabərlik qeydə alınıb.
Hazırda turnir cədvəlinə 35 xalla “Qarabağ” başçılıq edir. İkinci pillədə 27 xalla “Qəbələ” qərarlaşıb. İlk üçlüyü tamamlayan “Zirə”nin aktivində isə 25 xal var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Topaz_Premyer_Liqasinda_XV_tura_iki_oyunla_yekun_vurulacaq-908849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR