“Günəşli”də xəsarət alanlardan 22 nəfər yenidən müayinələrə cəlb olunub

13:53 7 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC 
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində xəsarət alan vətəndaşlardan həmin gün ümumilikdə Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına 31 müraciət daxil olub. Vəziyyəti yaxşı olan 22 nəfər təkrar müayinələrə cəlb olunması şərti ilə ambulator yardım göstərilərək evə buraxılıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfərə sarğı qoyulduqdan sonra Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun da vəziyyəti ağır stabildir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanası baş direktorunun müavini Nadir Mehdiyev deyib.
Onun sözlərinə görə, "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 8 nəfərin səhhəti sabitdir. Onlar palatalara köçürülüblər. Xəstələrin həyatı üçün təhlükə yoxdur. O qeyd edib ki, dekabrın 6-da daha bir xəstə - 1976-cı il təvəllüdlü İsmayıl Mehdiyev ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, lakin özünü pis hiss etdiyindən yenidən xəstəxanaya qaytarılıb. Xəstəxanada olanda biz ona təklif etmişdik ki, burada qalsın. Ancaq o, təkidlə evə istədiyindən, getməsinə razılıq verməyə məcbur olduq. Hazırda səhhətində ciddi problem yoxdur.
N.Mehdiyev bildirib ki, xəstəxanadan evə buraxılan 22 nəfər bu gün yenidən müayinələrə cəlb olunublar. Artıq onlardan 14 nəfər müayinə olunub. Onlardan 1 nəfəri ürəkbulanma diaqnozu ilə xəstəxanada saxlamaq məsləhət görülüb. Həmin şəxsin heç bir həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, bu gün SOCAR-ın birinçi vitse-prezidenti Xoşbəxt Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasına baş çəkərək xəsarət alanların vəziyyəti ilə maraqlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guneslide_xesaret_alanlardan_22_nefer_yeniden_muayinelere_celb_olunub-908869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR