Xilas olunan neftçinin vəziyyəti ağır olaraq qalır

13:58 7 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
“Günəşli” yatağında baş vermiş qəzada xilas olunan neftçilərdən biri 1962-ci təvəllüdlü Bəxtiyar Ələkbərovun vəziyyəti stabil ağır olaraq qalır. Bunu AZƏRTAC-a Respublika Yanıq Mərkəzinin Baş həkimi Şöhrət Məmmədov deyib.
Neftçi xəstəxanaya dördüncü dərəcəli yanıq xəsarətləri ilə daxil olub, onun bədənin təqribən 50 faizi yanıb.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40-da “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə qaz xəttinin sıradan çıxması nəticəsində yanğın baş verib. 33 nəfər xilas olunub, bir nəfərin cəsədi sudan çıxarılıb. 29 nəfər itkin düşmüş sayılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xilas_olunan_neftchinin_veziyyeti_agir_olaraq_qalir-908870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR