Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda "Acer" şirkətinin brendi ilə kompyuter istehsalına 2016-cı ildə başlanılacaq

Azərbaycanda "Acer" şirkətinin brendi ilə kompyuter istehsalına 2016-cı ildə başlanılacaq

Date: 7 December 2015 14:03


Bakı, 7 dekabr, AZƏRTAC
Mingəçevir Yüksək Texnologiyalar Parkının ilk rezidenti olan “H-Tech Invest” şirkəti ilə Tayvanın "Acer" şirkəti arasında danışıqlar aparılır.
“H-Tech Invest” şirkətindən AZƏRTAC-a bildirilib ki, danışıqlara əsasən, Azərbaycanda "Acer" şirkətinin brendi ilə kompyuter istehsalına 2016-cı ildə başlanılacaq. Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq. İstehsal edilən texnika əvvəlcə "BestComp" şirkətinin mağazalar şəbəkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək.
Qeyd edək ki, “H-Tech Invest” şirkəti Cənubi Qafqaz regionunda kompyuter avadanlığı və elektronika montaj-line istehsal edən yeganə şirkətdir. Şirkət 2005-ci ildə yaradılıb və “Kür” şirkətini əvəz edir. “HI-Tech Invest” şirkəti "Yüksək Texnologiyalar Parkı"nın Mingəçevir filialında fəaliyyətə başlayıb.

Tags:  Azərbaycanda Acer şirkətinin brendi kompyuter istehsalına 2016-cı ildə başlanılacaq


RƏYLƏR


Top news