Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Birlik” komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinin qalibi olub

“Birlik” komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinin qalibi olub

Date: 7 December 2015 14:38


Bakı, 7 dekabr, AZƏRTAC
Eşitmə qüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi “Birlik” komandası olub. “Zirvə” ikinci, “Şimşək” komandası isə üçüncü yeri tutub.
Turnirin ən yaxşı oyunçusu İsrail Cəbrayılov, ən yaxşı qapıçısı isə Süleyman Osmanlı (hər ikisi “Zirvə”) seçilib.
 

Tags:  Birlik komandası Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinin qalibi olub


RƏYLƏR


Top news