Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb

Date: 7 December 2015 14:48


Bakı, 7 dekabr, AZƏRTAC 
Dekabrın 7-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 160-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-200 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 157 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 4 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 67 kubmetr olub.
Kür çayının aşağı axınında suyun səviyyəsinin artdığı müəyyən edilib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 12 santimetr artım qeydə alınıb
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 450, Şirvanda 211, Salyanda 217, Bankədə 213, Novruzlu məntəqəsində isə 190 santimetrdir.


Tags:  Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 12 santimetr artıb



RƏYLƏR


Top news