FHN-nin xilasediciləri yaşlı qadını xilas etdi

FHN-nin xilasediciləri yaşlı qadını xilas etdi
14:51 7 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində Z.Əliyeva küçəsi 78, bina 6,mənzil 45 ünvanında yaşayan təqaüdçü qadın Valiyə Hüseynovadan xəbər tuta bilməyən qonşular, FHN-nin Cənub Regional Mərkəzinə zəng vuraraq, yaşlı qadının bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığını bildiriblər. Dərhal hadisə yerinə mərkəzin xüsusi riskli xilasedici dəstəsi göndərilib.


Xilasedicilər pəncərədən mənzilə daxil olurlar

ANS PRES-in xəbərinə görə, hadisə yerinə gələn xüsusi riskli xilasediçi qrupun üzvləri, 5-ci mərtəbədəki mənzildən aşağı enərək, pəncərədən mənzilə daxil olublar. Yaşlı qadın evdə huşsuz və köməksiz halda aşkarlanıb.


V.Hüseynova-köməksiz vəziyyətdə tapılan qadın

Araşdırma zamanı məlum olub ki, Valiyə Hüseynova evdə tək olub və infarkt keçirdiyindən heç bir çağırışa reaksiya verə bilməyib. Hadisə yerinə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardın Stansiyasının həkim briqadası çağırılıb.


V.Hüseynova xəstəxanaya aparılır

Daha sonra təcili tibbi yardım avtomobili ilə Valiyə Hüseynova Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, hazırda Valiyə Hüseynova həkim nəzarəti altındadır. Qadına müvafiq tibbi yardım göstərilib və həyatı üçün heç bir ciddi təhlükə yoxdur.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR