Mayli Sayrus yenə təəccübləndirdi - VİDEO - FOTO

Mayli Sayrus yenə təəccübləndirdi - VİDEO - FOTO
15:05 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Populyar amerikalı müğənni, qalmaqalları ilə tanınan Mayli Sayrus yenə pərəstişkarları ilə medianı təəccübləndirib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 23 yaşlı müğənni "Dead Petz" albomunun təqdimatı ilə bağlı qastrollarında obrazını dəyişib.
Pensilvaniya ştatındakı Filadelfiya şəhərindəki konsertdə o, parikdə çıxıb. Sayrus al-əlvan "dred"lərini göstərib.

Daha sonra Mayli konsertdəki fotolarını İnstaqram-dakı profilində paylaşıb.
Onun profilinin 32,2 milyondan artıq daimi təqibçisi var.
M.Sayrus məşhur aktyor, Hollivud ulduzu Billi Mürreyin Netflix kanalı üçün hazırladığı " A Very Murray Christmas" adlı Milad şousuna da qatılıb.
Müğənni şou üçün "Silent Night" mahnısını ifa edib.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR