Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

Date: 7 December 2015 16:33


İsmayıllı, 7 dekabr, AZƏRTAC
İsmayıllı Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, Olimpiya İdman Kompleksinin və “Gənclər-Antinarkomaniya” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 rayon və şəhər komandası iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda İsmayıllı rayonunun komandası birinci yerə çıxıb. Qəbələ və Mingəçevir komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Hər üç komanda mükafatlandırılıb.



Tags:  İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib


RƏYLƏR


Top news