Azərbaycan vətəndaşlarının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna yazılması üçün yeni elektron xidmət istifadəyə verilib.
Milli.Az fins.az-a istinadən bildirir ki, söhbət "Elektron hökumət" portalının təqdim etdiyi "Vətəndaşların elektron qəbula yazılması" xidmətindən gedir.
Bu xidmətin sayəsində qəbula yazılmaq və prosesi onlayn izləmək mümkündür.
Milli.Az