Nurəngiz Günün xatirəsi anılacaq

17:28 7 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 19-da R.Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş anma mərasimi keçiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, xatirə gecəsində elm, ədəbiyyat, incəsənət xadimləri, Nurəngiz Günün ailə üzvləri, sənət dostları iştirak edəcək.
Tədbirdə Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən söhbət açılacaq, incəsənət ustalarının ifasında şairin yaradıcılığından nümunələr səsləndiriləcək.
Xatırladaq ki, N.Gün 2014-cü il dekabrın 19-da Bakıda vəfat edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nurengiz_Gunun_xatiresi_anilacaq-908990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR