Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı hakim “Munisipal”–“Lozanna” voleybol oyununda ədaləti qoruyacaq

Azərbaycanlı hakim “Munisipal”–“Lozanna” voleybol oyununda ədaləti qoruyacaq

Date: 7 December 2015 17:38


Bakı, 7 dekabr, AZƏRTAC
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Munisipal” (Rumıniya) – “Lozanna” (İsveçrə) matçında ədaləti qoruyacaq.
F.Axundov Rumıniyanın Zalau şəhərində keçiriləcək qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirəcək. Oyunun əsas referisi yunanıstanlı Aleksandros Milonakis təyin edilib. Görüş dekabrın 16-da keçiriləcək.
Qeyd edək ki, komandalar arasında ilk matçda Rumıniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Tags:  Azərbaycanlı hakim MunisipalLozanna voleybol oyununda ədaləti qoruyacaq


RƏYLƏR


Top news