Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mübariz Qurbanlı: "Əsas olan İranın rəsmi mövqeyidir"

Mübariz Qurbanlı: "Əsas olan İranın rəsmi mövqeyidir"

Date: 7 December 2015 17:57

"İranda kimlərsə Azərbaycanın daxilində, Nardaranda baş verən hadisələrə özləri bildikləri kimi qiymət vermək istəyiblər ki, bu da yolverilməzdir".

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün Bakıda "Dini radikalizmlə mübarizə: əsas hədəflər" mövzusunda keçirilən konfransda jurnalistlətə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əsas olan İranın rəsmi mövqeyidir: "Həm İranın Azərbaycandakı səfirliyinin, həm də İran parlamentinin spikeri Əli Laricaninin Nardarandakı hadisələrlə bağlı açıqlamasında birmənalı şəkildə qeyd olundu ki, İran bu hadisələrdə heç bir halda iştirak etmir. Dolayısilə İran tərəfi də Nardarandakı təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiklərini bəyan edir".

Milli.Az


Tags:  Mübariz Qurbanlı Əsas olan İranın rəsmi mövqeyidir


RƏYLƏR


Top news