Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvada XVI gənc ifaçıların beynəlxalq televiziya müsabiqəsi başa çatıb

Moskvada XVI gənc ifaçıların beynəlxalq televiziya müsabiqəsi başa çatıb

Date: 7 December 2015 18:18


Bakı, 7 dekabr, AZƏRTAC
Moskvada keçirilən XVI gənc ifaçıların beynəlxalq televiziya müsabiqəsi - “Şelkunçik” dekabrın 7-də başa çatıb. Rusiyanın mədəniyyət kanalı tərəfindən reallaşan müsabiqə böyük marağa səbəb olub. Yarışmada 24 ölkəni təmsil edən 48 gənc ifaçı 3 ixtisas üzrə (fortepiano, skripka, nəfəs və zərb alətləri) mübarizədə iştirak edib.
Müsabiqə Rusiyanın mədəniyyət kanalı tərəfindən canlı nümayiş olunub. Moskva Dövlət Filarmoniyasının Çaykovski zalında keçirilən açılış və bağlanış konsertlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Rusiya milli simfonik orkestri (bədii rəhbər və baş dirijor M.Pletnev) çıxış edib.
Ə.Quliyev AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas təşkilat komitəsinin üzvləri dünya şöhrətli musiqi xadimləri - Evelin Qlenni (İngiltərə), Vladimir Spivakov (Rusiya), İrina Xelfliger (İsveçrə), Denis Matsuyev (Rusiya), Markus Xinterxoyzer (Avstriya), Paloma Oşi (İspaniya) və Aleksey Şalaşov (Rusiya) olub. Gənc ifaçıların çıxışları dünyaca məşhur görkəmli musiqi biliciləri tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin sırasında professorlar - Zaxar Bron (Almaniya-Rusiya), Xansyorq Şellenberger (Almaniya), Dmitriy Alekseyev (Rusiya-İngiltərə), Akiko Tatsumi (Yaponiya), Mark Pekarski (Rusiya), Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru Aleksey Vasilyev, Lanq Lanq Beynəlxalq Fondunun prezidenti Lukas Borvinski (ABŞ) və beynəlxalq müsabiqələr laureatları yer alıblar.
Qeyd edək ki, Rusiya milli simfonik orkestri “Financial Times” jurnalının sorğusuna əsasən dünyanın ən yaxşı 20 orkestrinin siyahısına daxil olub.








Tags:  Moskvada XVI gənc ifaçıların beynəlxalq televiziya müsabiqəsi başa çatıb


RƏYLƏR


Top news