Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

XII Respublika spartakiadasının şahmat yarışları başa çatıb

XII Respublika spartakiadasının şahmat yarışları başa çatıb

Date: 7 December 2015 19:38


Bakı, 7 dekabr, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən XII Respublika spartakiadasının şahmat yarışlarında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilən şahmat yarışlarında qızların mübarizəsində 6 komanda gücünü sınayıb. Bakı Sənaye Pedaqoji Kollecinin, Bakı 2 saylı Baza Tibb Kollecinin, Bakı Qida Sənayesi Kollecinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Doqquz komandanın mübarizə apardığı oğlanların yarışında isə Bakı Sənaye Pedaqoji Kollecinin, Bakı Dövlət Neft Energetika Kollecinin və Bakı Texniki Kollecinin təmsilçiləri müvafiq olaraq ilk üçlükdə qərarlaşıb.
Oğlanlar və qızlar arasında keçirilən spartakiadanın təqvim planına idmanın altı növü - atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis daxildir.


Tags:  XII Respublika spartakiadasının şahmat yarışları başa çatıb


RƏYLƏR


Top news