Rusiya Təhsil Akademiyasının prezidenti BDU-da olub

Rusiya Təhsil Akademiyasının prezidenti BDU-da olub
19:53 7 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC 
Rusiya Təhsil Akademiyasının (RTA), Sankt-Peterburq Dövlət Universitetinin, eyni zamanda Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyasının prezidenti, professor Lyudmila Verbitskayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmovla görüşdə Azərbaycan-Rusiya əlaqələri, təhsil və elm sahəsində münasibətlərdən, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin apardıqları məqsədyönlü siyasətdən danışılıb. Bildirilib ki, bu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, humanitar sahədə də böyük uğurlar əldə edilib.
A.Məhərrəmov bu yaxınlarda Rusiyanın Stavropol vilayətinin Yessentuki şəhərində Heydər Əliyev Fondu və Yessentuki şəhər Administrasiyasının dəstəyi ilə böyük rus alimi, professor, BDU-nun ilk rektoru olmuş Vasili İvanoviç Razumovskinin xatirə barelyefinin açılmasından danışıb. Rektor BDU-nun beynəlxalq əlaqələri, üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən də söz açıb.
L.Verbitskaya BDU ilə tanışlıqdan məmnunluğunu bildirib.
Görüş universitetin Rus Mərkəzində filologiya fakültəsi müəllimlərinin iştirakı ilə davam edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Tehsil_Akademiyasinin_prezidenti_BDU_da_olub-909080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR