Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub (28 Fevral 2017 20:17)
Azərbaycan cüdoçuları İtaliyada daha bir medal qazanıblar (19 Fevral 2017 20:42)
“Qəbələ” liderliyə yüksəldi (19 Fevral 2017 19:44)

Tarix: 7 Dekabr 2015 20:23


Bakı, 7 dekabr, AZƏRTAC 
Respublika Şahmat Mərkəzində keçirilən kişilər arasında Azərbaycan çempionatının birinci dəstəsində yarışlar yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, yarışda 2014-cü ildə birinci dəstənin 5, Bakı çempionatının 5, seçmə yarışın 3, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14, 16, 18 və 20 yaş), dünya və Avropa çempionatlarının medalçıları (12-20 yaş), uşaq olimpiadasının 3 qalibi mübarizə aparır.
Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları və beynəlxalq əmsalı 2000-dən az olmayan idmançılar iştirak hüququ qazanıblar.
Sonuncu turda Əhməd Əhmədzadə Çingiz Rzayevi, Rəşad Zeynallı isə Fariz Əhmədovu məğlub edərək xallarının sayını 6,5-ə çatdırıblar. Andrey Mustafin və Elvin Bayramov isə heç-heçə edərək hərəyə 6 xal toplayıblar.
Beləliklə, Əhməd Əhmədzadə və Rəşad Zeynallı 1-2-ci yerləri bölüşdürüblər. Əhməd Əhmədzadə əlavə göstəricilərə görə, yarışın qalibi adını qazanıb. Elvin Bayramov və Andrey Mustafin isə 3-4-cü yerləri bölüşdürüblər. Elvin Bayramov əlavə göstəricilərə üçüncü yerin sahibi olub. Fərid Aslanov isə 5,5 xalla beşinci yerdə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionatda ilk üç yeri tutan şahmatçılar gələn il Azərbaycan çempionatının yüksək dəstəsində oynamaq hüququ qazanıblar.
Qeyd edək ki, çempionatın qalibi Əhməd Əhmədzadə əməkdar məşqçi Anar Allahverdiyevin yetirməsidir.

Teqlər:  Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub



RƏYLƏR


Top xəbərlər