Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk ordusunun Rusiyaya raket cavabı (VİDEO, FOTO)

Türk ordusunun Rusiyaya raket cavabı (VİDEO, FOTO)

Date: 7 December 2015 21:26

Rəsmi Ankara Suriya ilə sərhədə SAMP-T zenit-raket komplekslərini yerləşdirməyi planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bu raketlər Rusiyanın “Hmeymim” aviabazasında yerləşdirilən S-400 raketlərinin analoqudur.

Əgər Türkiyə hakimiyyəti saziş bağlayaraq bu silahları əldə edə bilsə SAMP-T zenit-raket komplekslərini Suriya ilə sərhədə yerləşdirəcək. 2013-cü ildə Çin Türkiyəyə bu komlekslərin çatdırılmasına görə keçirilmiş tenderin qalibi olub. Ancaq 3,4 milyard dəyərində olan saziş sonradan Çin tərəfinin istəməməsinə görə ləğv edilib.

Türk mətbuatında hökumətin bu addımı hava hücumuna qarşı müdafiənin yerli sisteminin hazırlanması kimi qələmə verilirdi, ancaq bu sahədə türk mühəndislərinin hər hansı müvəffəqiyyətləri haqqında məlumat yoxdur. Nəticədə seçim SAMP-T üzərində qalıb.

SAMP-T sistemi 1980-ci illərin sonunda Fransa və İtaliya tərəfindən birgə hazırlanıb. SAMP-T "Aster - 15/30" raketləriylə hava hücumunun istənilən vasitələrini məhv etməyə bacarıqlıdır.

"Danışıqların irəliləyişi məqsədi ilə Fransa-İtalyan konsorsiumunun nümayəndələri yaxın günlərdə Ankaraya baş çəkəcəklər", - deyə xəbər verilir.


SAMP-T zenit-raket kompleksi

Hava sərhədini pozan Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasindan sonra rəsmi Moskva S-400 hava hücumundan müdafiə sistemini Suriyada hərbi bazasına yerləşdirib. Bu sistemlər Rusiyanın bombardman təyyarələrini müşaiyət etmək üçün Suriyanın Latakiya şəhərindəki “Hmeymim” aviabazasına yerləşdirilib. Ora əlavə olaraq həmçinin 10-12 qırıcı təyyarə də göndərilib.


S-400 hava hücumundan müdafiə sistemi



Hava sərhədini pozan Rusiya təyyarəsinin vurulmasından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Hmeymim” aviabazasına orta mənzilli S-300 zenit-raket sistemindən üst səviyyəli modeli olan S-400 hava hücumundan müdafiə sisteminin yerləşdirilməsini təklif edib. Rusiya prezidenti Vladimir Putin bu təklifi qəbul edərək müvafiq əmr verib.




Suriya ərazisi xəritədə

Tags:  Türk ordusunun Rusiyaya raket cavabı VİDEO FOTO


RƏYLƏR


Top news