Milli Qəhrəman Rasim İbrahimovun xatirəsi daim yaşayacaq

21:28 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Vətənpərvərlik kinosu günləri” çərçivəsində Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş “Adadan başlayan yol” filminin nümayişi olub. Film Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rejissor Yalçın Verdiyev tərəfindən lentə alınıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Rauf Əliyev tədbiri açaraq, Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş Rasim İbrahimovun həyatından və qəhrəmanlıq yolundan söz açıb. O əmin olduğunu bildirib ki, Azərbaycanın işğal edilmiş bütün torpaqları tezliklə azad ediləcək.
Polkovnik Rəhim Səmədov qeyd edib ki, Vətəni müdafiə etmək hər bir azərbaycanlının borcudur. O, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinin vacib olduğunu vurğulayıb.
Rasim İbrahimovun atası Səxavət İbrahimov və döyüş dostları Milli Qəhrəman haqqında xatirələrini bölüşərək vurğulayıblar ki, təhlükəyə meydan oxuyan Rasim çox cəsur, vətənpərvər və nəcib insan olub.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman deyib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş fədakar Vətən oğullarının xatirəsi daim yaşayacaq. G.Nəriman Milli qəhrəmanlar haqqında filmlərin geniş ictimaiyyət arasında təbliğ etdiklərinə görə AZƏRTAC-a və digər KİV-lərə təşəkkür edərək, onların nümayəndələrinə təşəkkürnamələr təqdim edib.
Azərbaycanın Xalq Artisti Gülyaz Məmmədova vətənpərvərlik mövzusunda mahnılar ifa edib.
Sonda Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Qehreman_Rasim_Ibrahimovun_xatiresi_daim_yasayacaq-909135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR