Bakı, 7 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, gələn il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində müəyyənləşdirilib.
Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.