Erməni silahlı birləşmələri gecə dinc sakinləri atəşə tutdu

Erməni silahlı birləşmələri gecə dinc sakinləri atəşə tutdu
02:36 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ordusunun mövqelərini atəşə tutan erməni silahlı birləşmələri, cəbhəyanı yaşayış məntəqələrinə də iriçaplı silahlardan atəş açıb. ANS PRESS-in məlumatına görə nəticədə dinc sakinlərin yaşadığı evlərə ziyan dəyib. Axşam saatlarında qarşı tərəfin atdığı mərmilərdən biri Ağdamın Paşabəyli kəndi ərazisinə düşüb.


Mərmi qarğı hasarın yaxınlığına düşüb

Rahilə Quliyevaya məxsus evin həyətyanı sahəsində partlayan mərminin qəlpələri evin şüşələrini sındırıb. Ev sahibəsinin sözlərinə görə qəlpələr həmin vaxt çöldə olan oğlunun yaxınlığından keçib.


Həyətinə mərmi düşən Rahilə Quliyeva

"O vaxt elə burdaydı. Deyir elə burda durmuşdum gördüm nə isə partlayış oldu dayandım sonra keçdim. Partlayışda oğlum bax burda olub, ona dəyməyib."- deyə Rahilə Quliyeva bildirib.


Qəlpələr pəncərələrin şüşələrini sındırıb.

Partlayış nəticəsində yaralanan olmayıb. Atəş səsləri isə gecə saatlarında cəbhə boyu aydın eşidilirdi.

Erməni silahlı birləşmələrinin mövqelərindən təqribən 200-250 metr məsafədə yerləşən Ağdamın Çıraqlı kənd sakinlərinin sözlərinə görə gündüz saatlarında nisbi sakitlik olur. Hava qaralandan sonra isə qarşı tərəf artilleriyadan istifadə etməklə atəşkəsi pozur.

"7-dən 8-dən başlayırlar, saat düz 3-ə 4-ə qədər atırlar. Bayramlar istiqamətindən atılır, bu tərəfdən Gülçülük istiqamətindən atılır. Plemyotdan, minatanlardan."-deyə Çıraqlı kənd sakini Əlsəfa Cəfərov bildirib.

Təmas xəttində baş verən gərginlik nəticəsində ötən gün Azərbaycan ordusunun zabiti ağır yaralanıb. Baş leytenant Abdulla Mollayev hospitala çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Cəbhədəki təxribat cəhdi Erməni silahlı birləşmələri üçün ağır itgilərlə nəticələnib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə onlarla canlı qüvvəsini itirən Ermənistan tərəfinin bir neçə texnikası da məvh edilib. Eyni zamanda qarşı tərəfin bir pilotsuz uçan aparatı da vurulub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR