Tehrana uzun illərdən sonra güclü qar yağıb (VİDEO)

Tehrana uzun illərdən sonra güclü qar yağıb (VİDEO)
04:36 8 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

İranın paytaxtı Tehranda ilin ilk qarı yağıb. Gecə saatlarından davam edən qar Tehranı ağ örtüyə bürüyüb.

Aramsız yağıntı səbəbindən Tehrandan Mazandaran əyalətinə aparan Haraz magistral yolu bağlanıb.

Sürücülərə qış təkərlərindən istifadə etmək tövsiyə edilib.

Tehranda güclü qarla əlaqədar orta məktəblərdə tətil elan edilib. İlk qarın sevincini yaşayan uşaqlar valideynləri ilə birlikdə küçələrə axışıblar.

Tehran sakini Əli Mirəfzəli deyir ki, uzun illər az qarlı qışdan sonra bu qədər qar görmək uşaqlarımız üçün gözəl xatirə olacaq, bununla, ömürlərində ikinci dəfədir ki, güclü qar görürlər.

Tehran sakini Bəhruz Atef isə qeyd edib ki, qar gözlənilmədən yağdı, amma düşünürəm ki, qar Tehranın çirkli havasını təmizləyəcək.

Tehran hava limanında daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Soyuq hava şəraiti İranın qərb, şimal və mərkəzi əyalətlərində də həyatı iflic edib, yollarda nəqliyyatın hərəkəti çətinləşib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR