Tanınmış yapon şirkətinin məhsullarının Azərbaycanda satışı ilə bağlı müqavilə imzalanıb

Tanınmış yapon şirkətinin məhsullarının Azərbaycanda satışı ilə bağlı müqavilə imzalanıb
08:53 8 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 8 dekabr, AZƏRTAC 
Dekabrın 7-də Tokioda Azərbaycanın “Urmu” şirkəti ilə Yaponiyanın tanınmış “Tako” şirkəti arasında müqavilə imzalanıb.
Sənədə əsasən “Tako” şirkətinin istehsal etdiyi radiasiya əleyhinə “Pulse clean” məhsullarının ölkəmizdə satışı təkil olunacaq. Müqavilənin mahiyyəti barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən “Urmu” şirkətinin direktoru Keyvan Seyidrzayi bildirib ki, məqsəd son illər məişətdə geniş istifadə edilən rabitə vasitələrinin, elektrik avadanlığının istifadəsi zamanı yaranan radiasiya şüalarının insan orqanizminə təsirini azaltmaqdır. “Tako” şirkəti tərəfindən istehsal edilən “Pulse clean” məhsulları bu sahədə dünyada yeganə vasitədir və istifadə üçün çox əlverişlidir. Həmin məhsulların tətbiqi elektrik avadanlığının, rabitə vasitələrinin istifadəsi zamanı yaranan radiasiyanın miqdarını 30-35 faiz azaltmağa imkan verir. Həm həcminə, həm də qiymətinə görə çox sərfəli olan bu vasitələr azərbaycanlı alıcılar tərəfindən maraqla qarşılanacaq.
“Tako”nun direktoru Koci Mizoquçi rəhbərlik etdiyi şirkətin məhsullarına Azərbaycan tərəfindən göstərilən diqqətin onlar üçün əhəmiyyətli olduğunu bildirib: “Son illər Yaponiyada böyük iqtisadi uğurları ilə tanınan Azərbaycana məxsus şirkətin bizim məhsullara göstərdiyi diqqət bu ölkədə informasiya texnologiyalarından – mobil telefonlardan, komyuterlərdən, planşetlərdən geniş istifadə olunduğunu təsdiq edir. İnanırıq ki, bizim məhsullar Azərbaycan bazarında özünə layiqli yer qazanacaq”.
Müqaviləyə əsasən, “Tako” şirkətinin məhsullarının ilk nümunələri Azərbaycana 2016-cı ilin əvvəllərində göndəriləcək.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taninmis_yapon_sirketinin_mehsullarinin_Azerbaycanda_satisi_ile_bagli_muqavile_imzalanib-909191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR