Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident göstəriş verdi - 1 milyonluq yardım göndərildi (FOTO, VİDEO)

Date: 8 December 2015 09:46

Fövqəladə Hallar Nazirliyi Qırğız Respublikasına humanitar yardım göndərib. FHN-dən ANS PRESS-ə verilən məlumata görə, prezident İlham Əliyevin göstərişinə əsasən, dekabr ayının 7-də Azərbaycan hökuməti adından Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv m dam örtüyü (dəmir şifer), 70 kub m taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.





Tags:  Prezident göstəriş verdi milyonluq yardım göndərildi FOTO VİDEO


RƏYLƏR


Top news