Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mikayıl Cabbarov Sabirabadda vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Sabirabadda vətəndaşları qəbul edəcək

Date: 8 December 2015 10:47

Bakı. 8 dekabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov dekabrın 14-də Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Sabirabad, Saatlı, İmişli və Şirvan şəhər sakinləri, həmçinin bu rayonlarda və Şirvanda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 8, 9, 10 və 11 dekabrda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya qurumun elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Nazirlikdən bildirilib ki, qeydiyyatdan keçən vətəndaşların qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri vacibdir. 

Tags:  Mikayıl Cabbarov Sabirabadda vətəndaşları qəbul edəcək

RƏYLƏR


Top news