Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş konsert keçiriləcək

Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş konsert keçiriləcək

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTO (17 Mart 2017 13:17)
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert keçiriləcək - FOTO (07 Mart 2017 14:52)
Moskvada Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş sərgi açılıb (06 Mart 2017 14:07)

Tarix: 8 Dekabr 2015 11:13


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq Artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdə Qədir Rüstəmovun həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açılacaq. Gecədə xanəndənin repertuarından olan mahnılar səsləndiriləcək.
Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz, sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır.
Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də vəfat edərək ikinci Fəxri xiyabanda dəfn olunub.

Teqlər:  Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş konsert keçiriləcək



RƏYLƏR


Top xəbərlər