Azərbaycanlı milyarder İstanbulda otel aldı

Azərbaycanlı milyarder İstanbulda otel aldı
11:41 8 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı milyarder Türkiyədə otel aldı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Lukoil"in rəhbəri olan milyarder Vahid Ələkbərov hərbi təyyarə gərginliyindən sonra qoyulan sanksiyalara baxmayaraq sərmayə qoyuluşuna davam edib.

O, dünyanın ən gözəl şəhərlərindən hesab edilən İstanbulun Levent səmtindəki "Edition" otelini satın alıb.

Bununla da Vahid Ələkbərov Türkiyədə ikinci sərmayəsini qoyub. "Lukoil" 2008-ci ildə enerji şirkəti olan "Akpet"i təqribən 500 milyon dollara almışdı.

Onun otel üçün nə qədər vəsait ödədiyi ilə açıqlanmayıb.


Adəçəkilən otel

Şirkətin rəhbəri V.Ələkbərovun sərvəti 12,3 milyard dollar civarında qiymətləndirilir. O, Rusiyanın ən varlı adamlarından biridir.
V.Ələkbərov zənginlər siyahısında Rusiyada 8, dünyada 114-cüdür.

Qeyd edək ki, bir müddət əvvəl Moskvanın məşhur "Serebryannıy Bor" çimərliyi dövlət tərəfindən mühafizə olunan təbiət ərazisi statusunu itirib.İddiaya görə, çimərliyi icarəyə götürmüş azərbaycanlı iş adamı, "Lukoyl" prezidenti Vahid Ələkbərov bütün prosedurları yerinə yetirdikdən sonra ərazini özəlləşdirə bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR