Birləşmiş Ərəb Əmirlikləri vergı sahəsində təsirlı addımlara hazırlaşır

Birləşmiş Ərəb Əmirlikləri vergı sahəsində təsirlı addımlara hazırlaşır
12:58 8 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətini də təsirli tədbirlərə əl atmağa məcbur edib. Hökumət qeyri-neft sektorundan gəlirləri artırmaq məqsədilə əlavə dəyər vergisi və müəssisələrə mənfəət vergisi tətbiq etmək barədə tədbirlər hazırlayıb.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, verginin tətbiqi ideyası neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra xeyli aktuallaşıb. Bu addım, ilk növbədə, əmirliklərin xəzinəsinə daxilolmaları kompensasiya etməyə yönəlib. ƏDV-nin ilkin baza dərəcəsi 5 faiz təşkil edə bilər. Vergi zinət əşyalarına, spirtli içkilərə və tütün məmulatlarına artan dərəcə üzrə tətbiq ediləcək, gündəlik tələbatlı mal və ərzaqlar isə vergidən azad olunacaq.
ƏDV-nin tətbiq edilmə tarixi hələlik bilinmir, çünki qanun Federal Milli Şura və Federal Ali Şura tərəfindən təsdiq olunaraq ölkə rəhbəri tərəfindən imzalanmalıdır. Təklif qəbul olunarsa, BƏƏ Fars körfəzi ölkələri sırasında istehlak vergisini tətbiq edən ilk ölkə olacaq.
Hazırda BƏƏ-də ümumfederal vergi sistemi mövcud deyil. Şirkətlərdən əmirliklər səviyyəsində ayrı-ayrı vergilər yığılır, fiziki şəxslərin gəlirlərindən isə ümumiyyətlə vergi tutulmur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birlesmis_Areb_Amirlikleri_vergi_sahesinde_tesirli_addimlara_hazirlasir-909245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR