Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"də xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirilib

"Günəşli"də xəsarət alan daha bir neftçi xəstəxanaya yerləşdirilib

Date: 8 December 2015 13:42

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən biri yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl xəsarət alan Bəhruz Babayev səhhətində yaranmış problemlərlə bağlı yenidən xəstəxanaya müraciət edib. Onu palataya yerləşdiriliblər. Bununla da hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 14 nəfərə çatıb.

Milli.Az


Tags:  Günəşlidə xəsarət alan neftçi xəstəxanaya yerləşdirilib


RƏYLƏR


Top news