Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azercell” növbəti Bölgə Tələbə Proqramına start verib

“Azercell” növbəti Bölgə Tələbə Proqramına start verib

Date: 8 December 2015 14:18


Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” bölgələrimiz üçün nəzərdə tutulan növbəti Tələbə Proqramına start verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın regionlarında yerləşən universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində bir sıra universitetlərdə keçirilən təqdimatlarda məlumat verilib ki, qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq, təcrübə keçmək imkanını əldə edəcəklər.
Qeyd edək ki, dekabr ayında proqramla bağlı ölkənin digər bölgələrində də təqdimatların keçirilməsi planlaşdırılır.
Tələbə Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin “Karyera” bölməsindəki (http://www.azercell.com/az/company/career/development_oportunities/) “Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlər dekabrın 11-dək davam edəcək.

Tags:  Azercell növbəti Bölgə Tələbə Proqramına start verib



RƏYLƏR


Top news