"Günəşli" Qazaxda bir ailənin də ocağına od saldı

"Günəşli" Qazaxda bir ailənin də ocağına od saldı
14:22 8 Dekabr 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Deyirlər, od düşdüyü yeri yandırar. Ancaq bu dəfə od təkcə düşdüyü yerlə kifayətlənmədi. Söhbət "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğından gedir. İnsanların sözün əsl mənasında odla su arasında qaldığı bu hadisə ölkədə böyükdən kiçiyə hər kəsin kədərinə səbəb olub. Aidiyyəti qurumlar itkin düşən şəxslərin tapılması üçün əllərindən gələni edir. Ancaq təəssüf ki, 23 nəfərdən hələ də xəbər yoxdur. Onların içərisində Qazax sakini də var. 

Kəpəz TV (Region TV) xəbər verir ki, Qazaxın Ağköynək kənd sakinlərinin gözü 4 gündür yoldadır. "Günəşli" yatağında baş verən hadisə zamanı 44 yaşlı Xalid İbrahimov da itkin düşənlər arasında olub. 10 ildən artıqdır qaynaqçı kimi fəaliyyət göstərən kənd sakini faciə baş verən zaman əmisi oğlu ilə telefonla danışaraq çalışdıqları neft yatağında güclü külək olduğunu bildirib. 

Ayın 15 gününü dənizdə keçirən Xalid İbrahimov rayonda təsərrüfat işləri ilə məşğul olub. Zəhmətkeşliyi ilə yadda qalan kənd sakini elə bu xüsusiyyəti ilə də qohumların, qonşuların hörmətini qazanıb. 

Təkcə faciədə itkin düşənlərin tanıdıqları yox, hər kəs, hər bir vətəndaş onların tapılması xəbərini gözləyir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/388642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR