Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Kitabxanada sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Milli Kitabxanada sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Date: 8 December 2015 14:38


Bakı, 8 dekabr, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkminləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” mövzusunda təşkil edilən sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxana və Ultra şirkətinin mütəxəssisləri ilə yanaşı, Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri də iştirak ediblər.
Treninq çərçivəsində Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olan müdavimlərə sertifikatlar təqdim olunub.
 

Tags:  Milli Kitabxanada sonuncu treninqin müdavimlərinə sertifikatlar təqdim olunub


RƏYLƏR


Top news