Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Brestdə əlillərin müşayiətçiləri bölməsi yaradılıb

Brestdə əlillərin müşayiətçiləri bölməsi yaradılıb

Date: 8 December 2015 15:03


Minsk, 8 dekabr, AZƏRTAC
Brestin Lenin rayonunun Əhaliyə Sosial Xidmət Ərazi Mərkəzində müşayiətçilər bölməsi yaradılıb.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, yeni struktur bölməsi I və II qrup tənha və tək yaşayan əlillərə, yetim uşaqlara və valideyn himayəsindən məhrum olanlara aiddir. Bölmənin işi çətin vəziyyətdə olan insanların məişətə, əmək fəaliyyətinə uyğunlaşmalarına kömək etmək, onları stasionar müəssisələrdən kənarda müstəqil həyata hazırlamaqdır.
Əhaliyə Sosial Xidmət Ərazi Mərkəzinin bölmə müdiri Marina Bonçuk deyib: “Bu bölmənin yaradılması üçün bir neçə il çalışmışıq – beynəlxalq təcrübəni öyrənmişik, əlillərin ictimai təşkilatları ilə əlaqədə olmuşuq. Mərkəzdə gənc əlillərin sosial uyğunlaşması və reabilitasiyası bölməsi bir neçə ildir ki, fəaliyyət göstərir. Bölmənin fəaliyyətini təhlil edərək belə nəticəyə gəldik ki, insanların çox mühüm qrupunun xüsusi xidmətlərə ehtiyacı var. Mərkəzə sakinlərdən müvafiq müraciətlər də daxil olub.
Hazırda bölmədə əqli pozuntu olan tənha və tək yaşayan əlillərin müşayiəti üzrə assistent xidməti tətbiq edilib. A.S.Puşkin adına Brest Dövlət Universitetinin sosial pedaqogika fakültəsinin məzunu bu “rolun” öhdəsindən əla gəlir. Gənc oğlanın işinə məsuliyyətlə yanaşmasından əlavə, himayəsində olanlarla ümumi dil tapması da əhəmiyyətlidir. Hazırda o, 6 əlilə xidmət göstərir. Onların hər birinə ayda ümumilikdə 30 saatlıq xidmət qrafik üzrə və ödənişsiz əsasda həyata keçirilir.
Gələcəkdə yeni bölmənin sosial xidmətləri siyahısına daha ikisi əlavə edilək. Bu, jest dilini əlillər üçün danışıq dilinə çevirən tərcüməçi və hərəkət qabiliyyəti məhdud olan I qrup əlilləri və görmə qabiliyyəti pozulmuş adamları müşayiət edən köməkçi olacaq. Diqqətəlayiqdir ki, bölmənin fəaliyyəti Lenin rayonu ilə məhdudlaşmır və vilayət mərkəzinin hər yerinə yayılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Tags:  Brestdə əlillərin müşayiətçiləri bölməsi yaradılıb


RƏYLƏR


Top news