Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ankarada “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı keçiriləcək

Date: 8 December 2015 15:08


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 9-da Ankarada Xalq Şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə çap olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimat və beynəlxalq elmi konfrans keçiriləcək.
Türk dünyasının tanınmış ədiblərinin və elm adamlarının iştirak edəcəyi konfrans Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutacaq.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının fondlarında qorunan Bəxtiyar Vahabzadənin yaradıcılığını özündə əks etdirən kitablardan ibarət sərginin və görkəmli şair haqqında çəkilmiş filmin nümayişi nəzərdə tutulur. Həmçinin görkəmli Azərbaycan şairinin xatirəsinə həsr edilmiş konsert və rəsm sərgilərinin təşkili də planlaşdırılır.

Tags:  Ankarada Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri kitabının təqdimatı keçiriləcək


RƏYLƏR


Top news