Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerikalı alim Azərbaycan Universitetində mühazirə oxuyub

Amerikalı alim Azərbaycan Universitetində mühazirə oxuyub

Date: 8 December 2015 15:28



Bakı, 8 dekabr, AZƏRTAC
Beynəlxalq təcrübənin öyrənilməsi, nüfuzlu xarici mütəxəssis və qonaqların tədris prosesində iştirakının təmin olunması Azərbaycan Universitetinin əsas fəaliyyət istiqamətlərindəndir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən “Məzunların Max Proqramı” çərçivəsində ölkəmizə dəvət edilən professor Çarlz Allison bu ali məktəbin qonağı olub. “The New School” Universitetinin idarəetmə, liderlik və sahibkarlıq proqramının rəhbəri Ç.Allison tələbələrə “Maliyyə institutlarında tənzimləyicilərin müdaxiləsi: lənət, yoxsa nemət” mövzusunda mühazirə oxuyub. Amerikalı professor mühazirəsində əsasən 2008-ci ildə baş verən maliyyə böhranı, onun səbəbləri və nəticələri barədə məlumat verib. Mühazirə interaktiv müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, professor Ç.Allison maliyyə, investisiya bankçılığı, idarəetmə və liderlik üzrə iyirmi ildən artıq təcrübəyə malikdir.
Qonaq Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovla da görüşüb.


Tags:  Amerikalı alim Azərbaycan Universitetində mühazirə oxuyub


RƏYLƏR


Top news