Fövqəladə Hallar Nazirliyinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib

Fövqəladə Hallar Nazirliyinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib
15:43 8 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakının Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri Vyaçeslav Kryuçkov 1970-ci il martın 22-də Bakıda anadan olub. O, Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra 1991-ci il sentyabrın 17-dən yanğından mühafizə orqanlarında xidmət edib, 2008-ci il noyabrın 10-dan isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb. İki övladı var. Allah rəhmət eləsin.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_Vixr_9_yanginsondurme_gemisinin_komandiri_vefat_edib-909327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR