Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Azəriqaz” bu il 392 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” bu il 392 yaşayış məntəqəsinə təbii qaz verib

Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq (15 Fevral 2017 19:27)
Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb (14 Fevral 2017 09:37)
Bakının bu rayonu qazsız qalacaq (14 Fevral 2017 09:22)

Tarix: 8 Dekabr 2015 17:33


Bakı, 8 dekabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi noyabrda 121, ümumilikdə bu ilin 11 ayında isə 392 yaşayış məntəqəsini qazlaşdırıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur. Təkcə cari ilin noyabr ayında 121, ötən 11 ayda isə 392 yaşayış məntəqəsi qazlaşdırılıb.
Yevlax rayonunun 32-ci sahə adlanan hissəsinin və Yaldilli kəndinin genişlənən hissəsinin, Oğuz rayonunun şərq və qərb istiqamətində genişlənən hissəsinin, İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan hissəsinin, Yardımlı rayonunun Urakəran, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Ucar rayonunun Qarabörk, Masallı rayonunun Birinci Səmədxan, Qəbələ rayonunun Vəndam və Nohurqışlaq kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması uğurla başa çatdırılıb. Görülmüş işlərin nəticəsində Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonları üzrə qazlaşma səviyyəsi 100 faizə çatdırılıb. Digər rayonların tam qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Teqlər:  Azəriqaz bu il 392 yaşayış məntəqəsinə təbii qaz verib



RƏYLƏR


Top xəbərlər