Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə etdi

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə etdi

Azərbaycan deputatları Almaniyaya qarşı (19 Mart 2017 12:56)
Fransa və Almaniya Türkiyəyə qarşı birləşdi - VİDEO (16 Mart 2017 20:38)
Fransa Azərbaycana 2 milyard dollardan çox sərmayə yatırıb (15 Mart 2017 02:07)

Tarix: 8 Dekabr 2015 17:57

İran Fransa, Almaniya və İsveçin avtomobil istehsalı şirkətləri ilə razılıq əldə edib və bu şirkətlər hazırda birgə kompleks fəaliyyət planının (JCPOA) icra olunmasını gözləyirlər.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə Finlandiya-İran biznes-forumu çərçivəsində jurnalistlərə deyib.

M.Nemətzadə bildirib ki, hazırda Yaponiya və İtaliya şirkətləri ilə razılıq əldə etmək üçün danışıqlar gedir.

O qeyd edib ki, Finlandiya meşə təsərrüfatı, ekologiya, bərpa olunan enerji, su və kanalizasiya sistemləri və digər sahələrdə İranla əməkdaşlıq edə bilər: "Təklif etmişik ki, 2016-cı ilin fevral ayında Tehranda iki ölkənin şirkətlərinin iştirakı ilə biznes-forum keçirilsin".

İran və Finlandiya arasında ticarət dövriyyəsi sanksiyalara görə 2014-cü ildə 23 milyon avro dəyərində olub. Bu rəqəm 2006-cı ildə isə 200 milyon avro təşkil edib.

Milli.Az


Teqlər:  İran Fransa Almaniya İsveçin avtomobil istehsalı şirkətləri razılıq əldə etdi



RƏYLƏR


Top xəbərlər